Hollandiya Dövlət Dəmir Yolları (NS) əməkdaşları maaşlarının artırılması tələblərinə biganə qalan hökumət əleyhinə tətil keçirirlər. SİA bu barədə türk saytlarına istinad edir.
Hollandiya Həmkarlar İttifaqları Konfederasiyası (FNV) və digər həmkarlar ittifaqlarının çağırışı ilə ölkənin şimal ərazisində başlayan tətil avqustun 31-dək müxtəlif bölgələrdə növbə ilə davam edəcək.
Dəmir yolları əməkdaşları ölkənin qərbində yerləşən Rotterdam və Haaqa kimi meqa şəhərlərdə cümə günü, birinci gün isə paytaxt Amsterdamın şimal-qərb bölgəsindəki şəhərlərdə, çərşənbə axşamı isə ölkənin mərkəz bölgələrində və çərşənbə günü də şərq və şimal rayonlarda aksiyaları davam etdirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB