ABŞ-ın yeni hərbi yardım paketindən bəzi silah növləri Ukraynaya yalnız bir və ya iki-üç ildən sonra daxil ola bilər.
...Əgər rus saytlarına inansaq, guya bunu Pentaqonda ABŞ-ın Müdafiə nazirinin müavini, siyasi məsələlər üzrə müavini Colin Kol keçirdiyi brifinqdə deyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Colin Kol Ukraynaya göndəriləcək silahların istehsalının guya aylar alacağını deyib.
Rus saytlarının yazdığına görə, bu “aylar alma” əslində iki və ya üç il uzana bilər.
Deməli, Kolanın sözlərindən Ukraynaya ayrılan yeni hərbi yardım paketi uzun müddət üçün və illər boyu Kiyevə dəstək veriləcək(?).
Qeyd edək ki, 2014-cü ildən bəri Pentaqon Kiyevə 15,5 milyard dollarlıq hərbi yardım ayırıb. Sonradan təchizat həcmi Ukraynanın demilitarizasiya və denajifikasiya üçün rusiyalı xüsusi əməliyyatın başlaması ilə əhəmiyyətli dərəcədə artırılıb.
Avqustun 24-də ABŞ prezidenti Cozef Bayden, üç milyard dollar həcmində hərbi yardım ayıracağını da vəd edib ki, bu da Ukrayna üçün təhlükəsizlik sahəsində ən böyük tranş meydana gətirib.
Bununla birlikdə, yenə də rus saytlarına inansaq, guya Pentaqon Kiyevə göndəriləcək silahları hələ istehsal edə bilmədiyini deyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB