“Avropada bolluq dövrü sona çatdı və…”

Yelisey Sarayında Nazirlər Şurası toplantısında açıqlamalar verən E.Makron deyib...
“Avropada bolluq dövrü sona çatdı və…”

Fransa prezidenti Emmanuel Makron “bolluq, israfçılıq və ehtiyatsızlıq dövrünün sona çatdığı”nı bəyan edərək hökuməti tədbirlər görməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Yelisey Sarayında Nazirlər Şurası toplantısında açıqlamalar verən E.Makron deyib: “Qlobal istiləşmənin nəticələri açıq şəkildə hiss olunur. Bu yay rekord quraqlıq səviyyəsinə çatdı. Qarşıdakı dövr üçün pessimist mənzərə görünür. Ehtiyatsızlıq, israfçılıq və bolluq dövrü sona çatdı. Hökumət tədbirlər görməlidir.

Yaşadıqlarımız çox böyük bir dəyişiklik və qarışıqlığa bənzəyir. İllərdir bolluq olaraq görünən ucuzluq, bitməyən məhsullar, texnoloji bolluq, su, torpaq və xammal dövrünün sonundayıq.

Fransa və digər Avropa ölkələri üçün yeni dövr başlanıb. Bu vəziyyət ictimaiyyət arasında təşviş yaradacağı üçün hökuməti ayıq-sayıq olmağa və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıram”.

Bütün xəbərlər Facebook səhifəmizdə