Nigeriyanın İmo əyalətində silahlı adamlar tərəfindən qaçırılan 4 katolik rahibə sərbəst buraxılıb.
İmo əyalətindəki İsa Katolik Kilsəsi Bacıları baş katibi Zita İhedoro jurnalistlərə açıqlamasında avqustun 21-də qaçırılan 4 katolik rahibənin azad edildiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, sərbəst buraxılan rahibələrin səhhətinin yaxşı olduğunu bildirən İhedoro fidyənin ödənilib-ödənilməməsi ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, avqustun 21-də İmo əyalətindən Rivers ştatına qədər dörd rahibə silahlılar tərəfindən qaçırılmışdı.
Nigeriyada adam oğurluğu ölüm cəzası ilə cəzalandırılır, lakin fidyə müqabilində belə adam oğurluğu halları çox yayılıb. Ölkədə artan təhlükəsizlik problemlərinə qarşı mübarizə çərçivəsində fidyə ödənilməsi qadağan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB