Rusiyada son sutka ərzində 40 231 nəfər koronavirusa yoluxub. SİA-nın məlumatına görə, ötən gün 30 967 yoluxma qeydə alınmışdı.
Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 19,22 milyon nəfəri keçib.
Eyni zamanda son sutkada 72 nəfər koronavirusun qurbanı olub. Bu, iyunun 11-dən bəri qeydə alınan ən yüksək göstərici olub.
Əvvəlki gün bu rəqəm 69 nəfərə bərabər idi.
Rusiyada bu günədək koronavirusdan 383 758 nəfər vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB