Avropanın alt paltarları brendi “Triumph” da ilin sonuna qədər Rusiyanı tərk edə bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə pərakəndə bazardakı mənbəyə istinadən “Kommersant” yazır. Şirkət artıq ölkədəki mağazalarını bağlamağa başlayıb və dekabrın 10-dək sonuncu obyekti bağlamağı da planlaşdırır.
Nəşrin daşınmaz əmlak bazarındakı məsləhətçilərdən olan digər həmsöhbəti əlavə etdi ki, brend Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiyaya məhsullarının tədarükünü təşkil edə bilməyib. Həmçinin Qərbin tətbiq etdiyi anti-Rusiya sanksiyaları ilə bağlı problemlər yaranıb. Bununla əlaqədar olaraq şirkət satış nöqtələrini bağlamaq məcburiyyətindədir.
Xatırladaq ki, “Triumph International” 1886-cı ildə Almaniyada yaradılıb. Şirkət Rusiya da daxil olmaqla 45 ölkədə fəaliyyət göstərir. Əsas brendə əlavə olaraq, “Sloggi” və “Triumph”dan AMO`s Style markaları altında məhsullar istehsal edərək satır.
Onu da bildirək ki, şirkət 1995-ci ildən Rusiya bazarında fəaliyyət göstərirdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB