Sual: Krım kimindir?

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Krımın statusu ilə bağlı suala cavab olaraq yarımadanı Rusiya kimi tanıyan rusları ölkəyə buraxmamağı təklif edib.

SİA-nın əldə etdiyi məlumata görə, xəbəri “RİA Novosti” yayıb.

Litvalı diplomat bildirib ki, Rusiya vətəndaşlarının belə bir nöqteyi-nəzərdən qəbulu Litva milli təhlükəsizliyinin maraqlarına uyğun gəlmir.

Landsberqis onu da vurğulayıb ki, Litva sərhədçilərinin ölkəyə daxil olan rusiyalının xüsusi hərbi əməliyyata münasibəti və Krımın mülkiyyətinə dair suallar vermək hüququ var.

Diplomatın sözlərinə görə, Litva belə bir qaydanı birtərəfli qaydada tətbiq edə bilər, lakin Rusiya ilə həmsərhəd olan digər ölkələr də buna qoşulsa, bu, daha ​​səmərəli olar, çünki tədbirlər ən azı regional həll yolu ilə daha yaxşı işləyir.

Xatırladaq ki, Landsbergis daha əvvəl Avropa İttifaqının ümumi qərarı olmayacağı təqdirdə Baltikyanı ölkələrin və eləcə də Polşa və Finlandiyanın da ruslara viza verilməsinə regional qadağa tətbiq edə biləcəyini demişdi.

Ağasəf Babayev

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə