Yunanıstan hakimiyyəti Türkiyə ilə sərhəddə Evros çayının bütün uzunluğu boyunca hasar çəkməyə qərar verib.
SİA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə qərar hökumətin Milli Təhlükəsizlik Şurasının KYSEA-nın iclasında qəbul edilib. Hökumət başçısının mətbuat xidməti qeyd edir ki, iclasa baş nazir Kiriakos Mitsotakis sədrlik edib.
Verilən xəbərə görə, Yunanıstan rəhbərliyi ölkəyə həm quru, həm də dəniz sərhədlərindən qeyri-qanuni giriş problemini müzakirə edib. Nəticədə, Evros çayı boyunca müvafiq nazirliklər və Milli Müdafiə Baş Qərargahı tərəfindən müəyyən edilən mübahisəli nöqtələrə üstünlük verilməklə hasar çəkilməsinə qərar verilib.
Mətbuat xidmətindən bildirilib ki, sərhəddə müşahidə avadanlığının modernləşdirilməsi və gücləndirilməsi də qərara alınıb.
...Və deyilənlərə görə, Əfqanıstanda hakimiyyət dəyişikliyindən sonra Afina 2015-ci ildə baş verənlərə bənzər miqrasiya böhranının təkrarlanmasından qorxur. Daha sonra əksəriyyəti Suriya və Əfqanıstan vətəndaşları olan bir milyon iki yüz mindən çox insan Avropa İttifaqından sığınacaq istəyib. Onların bir çoxu Türkiyə-Yunanıstan sərhədindən Avropa İttifaqı ölkələrinə daxil olub.
Məhz buna görə də Yunanıstan hakimiyyəti sərhəd boyu hasar çəkir?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB