Merkel sülh mükafatına layiq görülüb...

...qaçqınları qəbul etmək səylərinə görə
Merkel sülh mükafatına layiq görülüb...

Almaniyanın keçmiş kansleri Angela Merkel 2015-ci ildə miqrant böhranı zamanı qaçqınları qəbul etmək səylərinə görə Feliks Houphouet-Boigny Sülh Mükafatına layiq görülüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə YUNESKO-nun mətbuat xidməti xəbər verir.

Münsiflər heyətinin sədri, Nobel Sülh Mükafatı laureatı Denis Mukveqenin dediyinə görə, münsiflər heyəti Merkelin 2015-ci ildə Suriya, İraq, Əfqanıstan və Eritreyadan olan 1,2 milyondan çox qaçqını qəbul etmək cəsarətli qərarından təsirlənib.

Yeri gəlmişkən bildirək ki, 1989-cu ildə təsis edilmiş müstəqil Kot-d'İvuarın ilk prezidenti Feliks Houphouet-Boigny Sülh Mükafatı hər il sülhün təşviqi, tədqiqi, qorunması və ya saxlanmasına mühüm töhfə vermiş şəxs və ya təşkilatlara verilir.

Qeyd edək ki, bu mükafata layiq görülənlər arasında Nelson Mandela, Cimmi Karter, İsxak Rabin və Fransua Ollandın da adları var.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə