"Ford" üç min əməkdaşını işdən çıxaracaq

"Ford" üç min əməkdaşını işdən çıxaracaq

ABŞ-ın əsas avtomobil istehsalçılarından biri olan "Ford" ümumilikdə Şimali Amerikada olmaqla, qlobal miqyasda 3000 nəfəri işdən çıxaracağını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, işdən çıxarılmaların daha çox ABŞ, Kanada və Hindistanda baş verəcəyi qeyd edilib.

Xatırladaq ki, mart ayında "Ford" 2026-cı ilə qədər ildə 2 milyondan çox elektrikli avtomobil istehsal etməyi planlaşdırdığını açıqladı və elektrikli avtomobil işini sürətləndirmək üçün əməliyyatlarını "Ford Model e" və "Ford Blue" olaraq iki hissəyə ayırdığını elan etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə