Ukraynanın Müstəqillik Gününə növbəti hərbi yardım paketi

Ukraynanın Müstəqillik Gününə növbəti hərbi yardım paketi

ABŞ Müstəqillik Gününə qədər Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ABŞ rəhbərliyindəki mənbəyə istinadən “Associated Press” məlumat yayıb.

"Yardım paketinin çərşənbə günü -24 avqust, Ukraynanın Müstəqillik Gününü qeyd etdiyi vaxt elan ediləcəyi gözlənilir", - “Associated Press” bildirib.

Yardımın məbləğinin 3 milyard dollar olacağı qeyd edilir. Bu, ukraynalı əsgərlərin ləvazimatlarına, eləcə də onların təliminə sərf etməyi nəzərdə tutur.

Yeri gəlmişkən bundan əvvəl “Politico” nəşri ABŞ hakimiyyətinə hərbi yardım çərçivəsində Kiyevə müəyyən növ silahların verilməsini açıq elan etməməyi təklif etmişdi. Buraya Ukraynaya verilməsi əvvəllər Pentaqon tərəfindən tanınan HARM anti-radar raketləri və “Excalibur” idarəolunan artilleriya mərmiləri daxildir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə