“Bu ölümlə bağlı məsuliyyət daşımırıq...”

“Bu ölümlə bağlı məsuliyyət daşımırıq...”

"...Ukrayna rusiyalı jurnalist və politoloq Daria Duqinanın qətlinə görə məsuliyyət daşımır”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Krım Platforması forumunun yekunlarına dair mətbuat konfransında deyib.

“...Bu, şübhəsiz ki, bizim məsuliyyətimiz deyil. O, ölkəmizin vətəndaşı deyil, bizi maraqlandırmır”.

Qeyd edək ki, TASS bu fikirləri Zelenskinin sözlərindən sitat gətirib.

Yenə də xatırladaq: Ukrayna lideri Duqinin Ukraynada olmadığını vurğulayıb. Bazar gününə, avqustun 21-nə keçən gecə Daria Duqinanın idarə etdiyi "Toyota Land Cruiser Prado" avtomobili idarə edərkən partlayıb.

Faciə Mojaysk şossesində, Moskva vilayətinin Bolşye Vyazemi kəndi yaxınlığında baş verib.

Bu qətllə bağlı İstintaq Komitəsi cinayət işi açıb. Daha sonra Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin işin idarənin mərkəzi aparatına verilməsi barədə göstəriş verib.

Rusiya FSB Duqinanın qətlinin arxasında Ukrayna xüsusi xidmət orqanlarının olduğunu bildirib. Cinayəti törədən şəxs Estoniyaya qaçan Ukrayna vətəndaşı Nataliya Vovk olduğu göstərilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə