Rusiyanın tanınmış siyasi eksperti Aleksandr Duqindən qızı Darya Duqinanın bombalı hücumda öldürülməsindən sonra ilk dəfə açıqlama gəldi.
SİA-nın əldə etdiyi məlumata görə, yaxın dostu Konstantin Malofeyev sosial media hesabında A.Duqinin yazılı açıqlamasını yayıb.
Hücuma görə Ukraynanı ittiham edən Aleksandr Duqin deyib: “Hamınız bildiyiniz kimi, nasist Ukrayna rejiminin terror aktı nəticəsində qızım Darya Duqina avqustun 20-də Moskva yaxınlığındakı “Ənənə” adlı festivaldan qayıdarkən partlayış nəticəsində vəhşicəsinə öldürülüb. Qızım Daryanı Rusiya düşmənləri öldürüblər. Belə dözülməz zərbələr bizi və xalqımızı qıra bilməz. Onlar bizim ən yaxşı və ən zəiflərimizə qarşı qanlı terror hücumları ilə iradəmizi qırmaq istəyirlər, amma edə bilməyəcəklər. Qızımın ölümünə görə təkcə intiqam istəmirik. Ürəyimiz qisas və ya qarşılıqdan daha çox qələbə istəyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB