ABŞ-ın Corciya ştatının Atlanta şəhərinin mərkəzində atışma nəticəsində bir nəfər ölüb, daha iki nəfər xəstəxanaya yerləşdirilməli olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə şəhər polisinin “Twitter” mikrobloq şəbəkəsində bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına görə, Atlanta Beynəlxalq Hava Limanında atəş açmaqda şübhəli bilinən qadın saxlanılıb. Polislər ondan atəşin aparıldığı tapançanı müsadirə ediblər.
Polis hücumun təsadüfi olmadığını hesab edir, hadisənin araşdırılması ilə bağlı istintaq davam edir.
Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti barədə hələ ki, heç bir məlumat verilməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB