Ukraynanın beynəlxalq təhlükəsizlik zəmanətləri ilə bağlı sənəd avqustun 29-30-da dərc oluna bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Macarıstan başçılarının müşavirləri ilə görüşdən sonra Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib.
Ofis rəhbəri, Kiyev təhlükəsizlik zəmanətlərini Ukrayna hakimiyyətinin bütün tərəfdaşları ilə daim danışdığı “çox vacib məsələ” hesab etdiyini bildirib: “Bu ayın sonuna kimi, məncə, 29 və ya 30-dur, biz cənab Rasmussenlə qrupumuzla bağlı ilk sənədin, tövsiyələrin ortaya çıxacağına ümid edə bilərik”.
Yermakın sözlərinə görə, Kiyev təhlükəsizlik zəmanətlərini Ukrayna hakimiyyətinin bütün tərəfdaşlarla daim danışdığı çox vacib məsələ hesab edir.
İlk qoruyucu sənədin avqustun sonundan əvvəl ortaya çıxa biləcəyini deyən ofis rəhbəri, sənədin çox güclü olacağını da əlavə etdi.
Xatırladaq ki, hələ iyulun əvvəlində Ukrayna prezidenti Vladimir Zelenski NATO rəhbərinin Yermakla birlikdə Kiyev üçün təhlükəsizlik zəmanətlərinin hazırlanması platformasına rəhbərlik edəcəyini bəyan etmişdi.
Daha sonra Yermak zəmanətlər effektiv olmalqla yanaşı, hərbi, siyasi, diplomatik, maliyyə və digər sahələri də əhatə edəcəyini bildirmişdi.
Onun sözlərinə görə, təminatlara sanksiyalar siyasəti də daxil edilməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB