Bu arada, rusiyalı jurnalist Kseniya Sobçak da Duqinin qızı Dariyanın ölümünü şərh edib. SİA bu barədə rus saytlarına istinad edir.
Təbii ki, o da bəzi həmkarları kimi, qətlin hədəfi Dariya yox onun atası Aleksandr olduğunu etiraf edib. Lakin məlum olduğu kimi, Aleksandr Duqinin son anda başqa maşına minməsi onu ölümdən xilas eib.
Beləliklə, Sobçak öz paylaşımında Duqinin “rus dünyası”nı təbliğ etmək və Rusiyanın Ukrayna siyasətini dəstəkləmək üçün bədəl ödədiyini yazan ukraynalılara cavab verib.
Burada rusiyalı jurnalist bir ədalətsizliyə digəri ilə qalib gəlməyin mümkün olmadığını yazıb.
Belə görünür ki, söylədiyi “fəlsəfi fikirdən” məmnun qalan Kseniya Sobçak Aleksandr Duqinə bir filosof kimi xor baxdığını, onun bütün “avrasiyaçılığı” hansısa sıx slavyan cəfəngiyyatı adlandırsa da, amma nə onun nə də onun ailəsinin cəzaya, terrora və başqa şeylərə layiq olmadığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB