İsveç polisi Stokholm şəhərinin mərkəzində partlayıcı qurğunun aşkar olunmasını və zərərsizləşdirilməsini təsdiq edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qurğu avqustun 21-də bazar günü Kungstredgorden mərkəzi parkının yaxınlığında çantada aşkar edilib.
İsveç polisinin məlumatına görə, bazar günü tapılan çantada adı açıqlanmayan partlayıcı maddə olub. Çanta axşam saat 10-da, Stokholm Mədəniyyət Festivalının ən qızğın vaxtında, minlərlə insanın şəhərin mərkəzinə toplaşdığı zaman aşkar edilib. Hadisə yerindən çəkilən kadrlarda polisin bir neçə yolayrıcında iri kordonlar qurması, mühafizəçilər və polis əməkdaşları tərəfindən nəqliyyatın və piyadaların hadisə yerindən necə uzaqlaşdırıldığı görünür.
Bir qədər sonra İsveç Milli İstehkamçılar dəstəsi çantanın içindəkiləri təhlükəli hesab edərək onu götürüb, bazar ertəsi isə polis çantada partlayıcı qurğunun olduğunu təsdiqləyib.
İsveç polisi ilkin araşdırmaya başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB