Putin Daria Duqinanı ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib

Putin Daria Duqinanı ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edib

Rusiya prezidenti Vladimir Putin mərhum jurnalist Darya Duqinanın ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir ki, Dugina peşə borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və fədakarlığa görə təltif edilir. SİA bu barədə rus saytlarına istinad edir.

Xatırladaq ki, daha əvvəl Rusiya Federasiyasının prezidenti Duqinanın ailəsinə başsağlığı verib, qızın qətlini “alçaq, amansız cinayət” adlandırıb və mərhumun özünü parlaq və istedadlı şəxs kimi qeyd edib.

Qeyd edək ki, bu gün, avqustun 22-də Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi Moskva vilayətində filosof və politoloq Aleksandr Duqinin qızının qətlinin üstünün açıldığını açıqlayıb. Təhlükəsizlik qüvvələri müəyyən etdiyi kimi, cinayəti Ukrayna xüsusi xidmət orqanları hazırlayıb və törədib. FSB qətli törədənin 12 yaşlı qızı ilə iyulun 23-də Rusiyaya gələn 43 yaşlı Ukrayna vətəndaşı Natalya Vovk olduğunu açıqlayıb.

Onu da bildirək ki, Duqinanın avtomobilində partlayış avqustun 20-də axşam Moskva vilayətinin Bolşiye Vyazemi kəndi yaxınlığında törədilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə