Rusiya Nikopolu vurdu

Rusiya Zaporojye elektrik stansiyasının yaxınlığında Nikopolu vurdu Rusiya Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına çox yaxın olan Nikopol şəhərini bombalayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ölən və yaralananların olmadığı şəhərdə bir məktəbə ciddi ziyan dəydiyi, bir evin dağıldığı, 20-dən çox evə isə qismən ziyan dəydiyi açıqlanıb.

Digər tərəfdən, hücumlar nəticəsində elektrik transformatorlarının da zədələndiyi və bu səbəbdən 2 min 200 evin elektrik enerjisinin kəsildiyi bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə