“BOSCH” Sankt-Peterburqdakı zavodunu satır

“BOSCH”  Sankt-Peterburqdakı zavodunu satır

Alman məişət texnikası istehsalçısı “BOSCH” Rusiya zavodlarını satmaq niyyətindədir, ona görə də onlar üçün alıcı axtarır. Artıq bir sıra pərakəndə satıcılar şirkətin aktivləri ilə maraqlanırdılar, lakin onlar müəssisələrin göstərilən maya dəyərini çox yüksək hesab edərək narazılıq edirdilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə“Kommersant” xəbər yayıb.

Beləliklə, Almaniyanın “BOSCH” şirkətinin Rusiyadakı filialı, ölkədə soyuducu və paltaryuyan maşın istehsal edən “BSH Məişət texnikası” MMC Sankt-Peterburq yaxınlığındakı Strelna kəndində özünün iki zavoduna alıcı tapmaq niyyətindədir. Müəssisələr üçün hissələrin əksəriyyəti Avropa İttifaqından gətirilib.

Xatırladaq ki, “BOSCH” artıq mart ayından Rusiyada istehsal fəaliyyətini dayandırıb və Ukraynada keçirilən xüsusi əməliyyat fonunda ölkəyə tədarükləri də dondurub. Şirkət Rusiyaya və Rusiya müştərilərinə yük maşınlarının hissələrini qeyri-mülki məqsədlər üçün istifadə oluna biləcəyinə görə tədarük etməkdən imtina edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə