Somali təhlükəsizlik qüvvələri ölkənin paytaxtı Moqadişoda silahlılar tərəfindən ələ keçirilən "Həyat" otelindən qadın və uşaqlar da daxil olmaqla 106 nəfəri azad edib.
SİA Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Əl-Şəbab yaraqlıları binanın girişində partlayıcı ilə doldurulmuş iki avtomobili partlatdıqdan sonra otelə soxulublar.
Yerli jurnalistlərin məlumatına görə, otelin azad edilməsi əməliyyatına hücumçu pilotsuz təyyarələr cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB