Britaniya ordusunu ruslara qarşı döyüşmək üçün Ukraynaya göndərilmək üçün hazırlaşmağa çağırıblar. Bunun üçün hərbi qulluqçular hər hansı mümkün ssenariyə hazır olmalı və bu məsələni ailələri ilə müzakirə etməlidirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Britaniyanın gündəlik “The Daily Mirror” nəşri polis polkovniki Pol Karni və general Riçard Dannata istinadən yazır.
Nəşrin yazdığına görə, indi Britaniya hərbçiləri “istənilən təcavüzü dəf etməyə hazırlaşır”. Karni əsgərləri fiziki hazırlıqlarını sınamağa və yaxınlarının qayğısına qalmağa çağırıb. Onun sözlərinə görə, Ukraynaya getmə halında hərbçilər və onların ailələri arasında əlaqə uzun müddət olmaya bilər.
“...Xahiş edirəm, indi onlarla potensial göndərişi müzakirə edəsiniz. Dəstək şəbəkəsi nömrələrini və onlara kömək edə biləcək müvafiq şəxsləri, məsələn, rifah məmurunu tapın”.
Qeyd edək ki, bu fikir polkovniki Pol Karniyə nməxsusdur.
Yeri gəlmişkən britaniyalı general Riçard Dannat da Britaniya hərbçilərinin Ukraynaya göndərilməsini istisna etmir. Onun sözlərinə görə, hərbçilər istənilən ssenariyə hazır olmalıdırlar. “...Bu o demək deyil ki, ordu sabah Ukraynaya gedəcək, lakin sülh dövründə həyatın hər sahəsində müharibəyə hazırlaşmaq istənilən ordunun borcudur. İngilis əsgərlərinin Rusiya sərhədlərinə real olaraq nələr ola biləcəyinə baxması olduqca ağlabatandır”. şərhini etdi.
Bunu isə general Riçard Dannat bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB