Rusları Türkiyə ilə bağlı qorxudan nədir?

Rusları Türkiyə ilə bağlı qorxudan nədir?

Beləliklə, bu həftə Rusiya S-400-lərin ikinci partiyasının Türkiyəyə təhvil verildiyi məlum olub.

Maraqlıdır, amma əslində buna maraqlı da demək olmaz,..belə ki, bu dəfə rusları “xoflandıran” bir məsələ ortaya çıxmış olub. Yəni ABŞ-ın əvvəllərdən fərqli olaraq bu sövdələşməyə fəal şəkildə etiraz etməməsi... və bu rusları xeyli təəccübləndirib.

Rus saytlarının yazdığına görə, deyəsən “artıq duyuq düşən” hərbi müşahidəçi Mixail Xodarenok Vaşinqtonun mövqeyinin niyə dəyişdiyini anlamağa başlıyıb.

Beləliklə, Türkiyənin hələ 2017-ci ildə S-400 hava hücumundan müdafiə sistemlərinin ilk alay dəstini aldığını və buna görə ABŞ-la münasibətlərini pisləşdiyini... daha sonra o vaxtkı prezident Donald Tramp administrasiyasının Türkiyəni F-35 proqramından çıxardığını,.. nə bilim türklərin hərbi sənaye kompleksinə qarşı sanksiyalar tətbiq etdiyi kimi köhnə palan içi eşən Xodarenok...Vaçinqtonun budəfəki səssizliyinə təəccüb edir.

Axı, niyə indi ABŞ rəhbərliyi Türkiyənin bu hərəkətlərinə, sadəcə olaraq, passiv müşahidəçilik edir?

Məsələ bundadır ki, ruslar türklərə satdıqları S-400-lərin “əsas sirlərini” Ankara tərəfindən Vaşinqtona ötürülməsindən ehtiyatlanırlar.

...Amma hərbi müşahidəçi Mixail Xodarenoknun burada narahat olmağına heç bir əsas yoxdur.

Belə ki, komplekslər Ankaraya “yüngül” formada verilib: yəni orada ən son avadanlıq quraşdırılmayıb. Əsas “hərbi sirlər” isə, məsələn, hədəfə alma və hədəfləmə baxımından ABŞ heç bir halda əldə etməyəcək. (...əslində bu elə də bir yenilik deyil və dünya təcrübəsində belə götürülüb-A.B.)

P.S. Deyirlər, başına gələn başmaqçı olar...bunun nə mənada deyildiyini bir az “müəmmalı” olsa da, amma bir vaxtlar rusların yaponlara ağır tonnajlı KrAZ avtomobillərini satanda da həmin hisləri keçirdikləri barədə məlumatlıyam. Qeyd edək ki, həmən vaxt da ruslar yaponların bu avtomobilin “sirlərini” öyrənməyə “cəhd edəcəklərindən” ehtiyatlanırdılar(?).

...Amma sonradan məlum oldu ki, rusdan KrAZ alan yaponlar onu elə oradaca “metallom” edib “əridirlər” və... “əritdikləri” metallardan istehsal etdiklərini ruslara 4-5 qat bahasına satırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə