Almaniya kansleri Olaf Şolz NATO-nun heç vaxt Rusiya üçün təhlükə yaratmadığını deyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.
Qeyd edək ki, Şolz bunu Federal Kansler Aparatında keçirilən açıq qapı gününə gələnlərin suallarını cavablandırarkən bildirib.
Bundan əlavə, Şolz, ABŞ və NATO-nun Rusiya lideri Vladimir Putinin silahlara nəzarətlə bağlı söhbəti yenidən açmaq təklifinə də müsbət cavab verib. Kanslerin sözlərinə görə, bununla əlaqədar olaraq, Ukraynada vəziyyətin hazırkı gərginləşməsi üçün real səbəblər yox idi.
Maraqlıdır ki, Olaf Şolz Ukraynanın NATO-ya daxil olması məsələsi gündəmdə olmadığını da tiraf edib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynadakı xüsusi əməliyyatın məqsədlərini izah edərək, “Şimali Atlantika Alyansı tərəfindən Ukrayna ərazisinin hərbi inkişafı”, o cümlədən “Kiyevin NATO-ya daxil olmaq kursunu müəyyənləşdirdiyini” bildirmişdi. Bununla yanaşı o, bunu Rusiyanın təhlükəsizliyi üçün qəbuledilməz təhdid kimi dəyərləndirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB