Filippin prezidentinin ilk xarici səfəri İndonesiya olacaq

Bu barədə Filippin Prezident Aparatı Mətbuat Xidməti məlumat verib
Filippin prezidentinin ilk xarici səfəri İndonesiya olacaq

Filippin prezidenti Kiçik Ferdinand Markos (Ferdinand Marcos Junior) sentyabrda İndoneziyaya getməyə hazırlaşır və bu, vəzifəsinin icrasına başladıqdan sonra onun ilk xarici səfəri olacaq. Bu barədə Filippin Prezident Aparatı Mətbuat Xidməti məlumat verib.

SİA-nın əldə etdiyi məlumata görə, Prezidentin bu səfərdən sonra Sinqapura gedəcəyi də bildirib.

Bu ərəfədə Filippin Xarici İşlər Nazirliyi F.Markosun ABŞ prezidenti Cozef Baydenin dəvətindən sonra Vaşinqtona gedəcəyi barədə məlumat yayıb. Bildirilir ki, həmin səfər Filippinlə ABŞ arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.

Bununla yanaşı, Çinin də Filippinlə münasibətlərə xüsusi önəm verdiyi qeyd edilir. Bildirilir ki, Çin və ABŞ-la münasibətlərə ehtiyatla yanaşan Filippin dövlət başçısı özünün xaricə ilk səfəri olaraq Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzvünü seçməsi təsadüfi deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə