Almanlar Avropa ölkələri üçün tank istehsal edəcək

Almanlar Avropa ölkələri üçün tank istehsal edəcək
Almaniyanın “Rheinmetall” müdafiə konserni 2030-cu ilə qədər Avropa ölkələrinə 500-ə yaxın “Panter” tankı çatdırmağı planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Handelsblatt” qəzetinə müsahibəsində “Rheinmetall” şirkətinin rəhbəri Armin Papperger deyib.

Onun sözlərinə görə, Avropada 2030-cu ilə qədər 8 000 tankdan təxminən mini dəyişdiriləcək.

“Yeni “Panter” tankımızla birlikdə ən azı yarısını, yəni 500-ə yaxın texnikanı təmin etmək istəyirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB