Avtomobil hərəkətdə olarkən partladılıb…

Avtomobil hərəkətdə olarkən partladılıb…

Moskva vilayətinin Mojayskoye şossesində məşhur rusiyalı politoloq Aleksandr Duqinin qızına məxsus avtomobil partladılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, partlayış zamanı Daria Dugina cipdə olub və ilkin məlumata görə, ölüb. Hadisə Bolşye Vyazemi kəndi yaxınlığında baş verib. Hadisə şahidləri “Land Cruiser Prado” avtomobilinin hərəkətdə olarkən partladıldığını deyirlər.

Şahidlərin dediyinə görə, avtomobilin qalıqları bütün yola səpələnib. Müstəntiqlər əvvəlcə avtomobildə qaz balonunun partladığını güman ediblər. Hazırda əldəqayırma partlayıcı qurğunun işləməsi ilə bağlı versiya prioritet məsələyə çevrilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə