Somalidə hotelə hücum zamanı 20 nəfər ölüb

Somalidə hotelə hücum zamanı 20 nəfər ölüb

Somalinin paytaxtı Moqadişoda hotelə hücum olub.

SİA APA-ya istinadən xəbər verir ki, silahlı şəxslərlə təhlükəsizlik qüvvələri arasında bir neçə saat atışma baş verib.

Hadisə nəticəsində 20 nəfər ölüb.

Ölənlərin çoxunun mülki şəxslər olduğu güman edilir.

Hücum zamanı 40-a yaxın insan xəsarət alıb, onlardan 5 nəfərinin vəziyyəti ağırdır.

ABŞ-ın Somalidəki səfirliyi “Twitter“ səhifəsində hücumu qətiyyətlə pislədiyini bildirib. Səfirlik həlak olanların ailələrinə başsağlığ verib, hücumu törədənlərin dərhal məsuliyyətə cəlb olunmasını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə