Almaniya iqtisadiyyatı tənəzzüllə üzləşə bilər

Almaniya iqtisadiyyatı tənəzzüllə üzləşə bilər

Almaniya iqtisadiyyatı bu qış tənəzzüllə üzləşə bilər və payızda ölkədə inflyasiyanın ikirəqəmli səviyyəyə çatma ehtimalı var.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Almaniya Mərkəzi Bankının (“Bundesbank”) rəhbəri Yoahim Nagel “Rheinische Post” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, enerji böhranı kəskinləşəcəyi təqdirdə baş verəcək. Nagel Almaniyada inflyasiyanın 10%-i keçə biləcəyinə əmindir.

Bütün xəbərlər Facebook səhifəmizdə