‘‘Fәrat qalxanı’’ әmәliyyatı bölgәsindә 11 terrorçu zәrәrsizlәşdirilib

‘‘Fәrat qalxanı’’ әmәliyyatı bölgәsindә 11 terrorçu zәrәrsizlәşdirilib

‘‘Fәrat qalxanı’’ әmәliyyatı bölgәsindә separatçı terror tәşkilatı PKK/YPG-nin 11 üzvü zәrәrsizlәşdirilib.

SİA-nın Türkiyə saytlarından əldə etdiyi məlumata görə, bu barәdә Türkiyenin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

‘‘Qәhraman hәrbçilәrimiz ‘‘Fәrat qalxanı’’ әmәliyyatı bölgәsindә uğurlu әmәliyyat hәyata keçirib. Әmәliyyat nәticәsindә bölgәdә hücum törәtmәyә cәhd göstәrәn 11 PKK/YPG terrorçusu zәrәrsizlәşdirilib’’,-deyә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə