Yәmәn ordusu İran tәrәfindәn dәstәklәnәn husilәrin atәşkәs rejimini pozaraq 5 gündә 13 hәrbçinin ölümünә, 27-nin dә yaralanmasına sәbәb olduğunu açıqlayıb.
Yәmәn ordusundan verilәn bәyanatda husilәrin son beş gündә Hudeyde, Dali, Taiz, Sada, Cevf vә Marib vilayәtlәrindә atәşkәs rejimini 467 dәfә pozduğu bildirilib. Bәyanatda husilәrin bu bölgәlәrdә törәtdiyi hücumlarda 13 hәrbçinin öldüyü, 27-nin dә yaralandığı qeyd olunub.
SİA-nın əldə etdiyi məlumata görə, husilәr mәsәlә ilә bağlı bәyanat vermәyib.
Xatırladaq ki, Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn husilәrin nәzarәtindәdir. Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri isә 2015-ci ilin mart ayından etibarәn husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.
Birlәşmiş Millәtlәr Tәşkilatının Yәmәn üzrә xüsusi nümayәndәsi Hans Qrundberq avqustun 2-dә verdiyi bәyanatda Yәmәn hökumәti ilә husilәrin aprelin 2-dә elan edilәn atәşkәsin 2 ay müddәtinә uzadılmasını qәbul etdiyini ifadә etmişdi.
Ölkәdә illәrdir davam edәn qarşıdurmalar nәticәsindә 377 min adam hәyatını itirib. Dünyanın әn kadıb ölkәlәrindәn biri olan Yәmәndә vәtәndaş müharibәsi sәbәbindәn humanitar böhran hökm sürür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB