Әlcәzairdәki meşә yanğını nәzarәt altına alınıb

Әlcәzairdәki meşә yanğını nәzarәt altına alınıb

Əlcəzair Mülki Müdafiə İdarәsi ölkənin müxtəlif şəhərlərində baş verәn vә 37 nəfərin ölümünə səbəb olan meşə yanğınlarının nәzarәt altına alındığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Mülki Müdafiə İdarәsinin İnformasiya və Statistika söbәsinin direktoru polkovnik Asur Faruk bildirib ki, bu gün ölkә miqyasındakı bütün meşә yanğınları nәzarәt altına alınıb.

Polkovnik Asur Faruk qeyd edib ki, son 24 saatda Et-Tarif şəhərində 73, şimal-şərqdəki Suk Əhras şəhərinin isə 18 fərqli bölgәsindә baş verәn meşә yanğınları söndürülüb.

Əlcəzair Mülki Müdafiə İdarәsindәn dünən verilәn yazılı açıqlamada avqustun 17-dən etibarən davam edәn meşə yanğınlarında 37 nəfərin həyatını itirdiyi, 183 nəfərin isə yaralandığı bildirilib.

Mәlumatda Et-Tarif şəhərində 30, Suk Ahras şәhәrindә 5, ölkәnin şimal-şərqdəki Setif şəhərində isә 2 nәfәrin öldüyü qeyd olunub.

Mülki Müdafiə İdarәsi dünən ölənlərin sayını 41 olaraq açıqlasa da, daha sonra verdiyi mәlumatı düzәltmişdi.

Əlcəzairin baş naziri Aymen Bin Abdurrәhman yanğınlar nәticәsindә zәrәr görәn vәtәndaşlara təzminat ödəniləcəyini açıqlayıb.

Əlcəzair Ədliyyə Nazirliyi yanğınların qəsdən törədildiyi ilә bağlı yayılan iddialarla әlaqәdar araşdırmanın aparıldığını vurğulayıb.

Müdafiə Nazirliyinә tabe olan Jandarm Komandanlığı da dünən verdiyi yazılı açıqlamada Et-Tarifdə 4 nәfәrin saxlanıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə