Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Ukraynaya 775 milyon ABŞ dolları dəyərində hərbi yardım təqdim etdiyinə görə ABŞ-a minnətdarlığını bildirib və yardım paketinin nədən ibarət olduğunu açıqlayıb. SİA UNİAN-a istinadən xəbər verir ki, bu barədə o, tviterdə yazıb.
Nazirin məlumatına görə, paketə HIMARS üçün hərbi sursat, 16 105 m-lik haubitsalar+hərbi sursatlar, 15 “ScanEagle” PUA-sı, 40 “MaxxPro” avtomobili, radiolokasiya sistemlərinə qarşı yüksək sürətli HARM (High-Speed Anti-Radiation Missile) raketləri, 50 Yüksək Hərəkətli Çoxməqsədli Nəqliyyat Vasitəsi HMMWV (High Mobility Multipurpose Wheeled Vehicle), 1500 tankəleyhinə idarəolunan raket, 1,000 “Javelin” raketi və digər avadanlıqlar daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB