Ukrayna prezidenti Vladimir Zelenski cümə günü ABŞ-ın Ukraynaya əlavə 775 milyon dollar hərbi yardım edəcəyi xəbərindən sonra ABŞ prezidenti Cozef Baydenə təşəkkür edib.
SİA bu barədə rus saytlarına istinad edir.
“Mən daha 775 milyon dollarlıq hərbi yardım paketinin təqdim olunmasını yüksək qiymətləndirirəm.Bu qərara görə ABŞ prezidentinə təşəkkür edirəm! Biz təcavüzkarı məğlub etmək üçün daha bir mühüm addım atdıq. Ukrayna azad olacaq!”, – o, tvitter hesabında yazıb.
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Cozef Bayden Ukraynaya 755 milyon dollarlıq yeni yardım paketi imzalayıb. Bu, ABŞ Müdafiə Nazirliyinin 2021-ci ilin avqustundan bəri Ukraynaya verdiyi 19-cu yardım paketidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB