...Portuqaliya rusların Avropa İttifaqı ölkələrinə girişinə qadağa qoyulmasına qarşıdır, bu barədə Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbəri “Gazeta.ru” yayıb.
Beləliklə, onun sözlərinə görə, Lissabon hesab edir ki, sanksiyalar rejiminin əsas məqsədi Rusiya Federasiyasının xalqı deyil, Rusiyanın “müharibə maşını” olmalıdır. Portuqaliya həmçinin 30-31 avqustda Praqada keçiriləcək Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində Moskvaya qarşı viza məhdudiyyətlərinin müzakirəsində iştirak etmək niyyətindədir.
Portuqaliya Xarici İşlər Nazirliyinin məlumatına görə, Avropa İttifaqına üzv dövlətlərin ümumi mövqeyini işləyib hazırlamaq lazımdır.
Qeyd edək ki, əvvəllər ruslar üçün viza məhdudiyyətinin tətbiqi Yunanıstan və Kipr tərəfindən də dəstəklənmirdi. Almaniya isə bu məsələni diqqətlə nəzərdən keçirir, çünki qadağa anti-Rusiya sanksiyalarının Rusiya Federasiyasının rəhbərliyinə qarşı deyil, bütün ölkə və onun xalqına qarşı yönəldiyinin təsdiqi ola bilər.
Bu arada Litva da humanitar səbəblərə görə lazım olan ruslara vizaların verilməsini davam etdirəcəyini bildirib.
Onu da qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Avropa İttifaqı ölkələrinin Rusiya vətəndaşlarına viza verilməsini dayandırmaq barədə yekdil qərara gələ biləcəyini istisna etmir. Belə olan halda Moskva cavab tədbirləri görəcəyini vəd edib.
Dövlət Duması Rusiyanın Avropa ilə gələcək əməkdaşlıq haqqında düşünməyə cağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB