Yardımın miqdarı 10 milyardı keçdi...

Yardımın miqdarı 10 milyardı keçdi...

Prezident Cozef Baydenin hakimiyyəti dövründə ABŞ-ın Kiyevə ayırdığı hərbi yardımın ümumi məbləği 10 milyard dolları ötüb.

SİA “RİA Novosti”-yə istinadən xəbərin Dövlət Departamentinin rəhbəri Entoni Blinken tərəfindən səsləndirildiyini bildirir.

Dövlət katibinin bəyanatı ABŞ hakimiyyətinin Ukraynaya təxminən 775 milyon dollar həcmində təhlükəsizlik yardımının növbəti tranşını elan etməsi ilə eyni vaxta təsadüf edir. ABŞ diplomatiyasının rəhbərinin sözlərinə görə, bu dəstəyi nəzərə alaraq, Bayden administrasiyasının başlanğıcından bəri Ukrayna hakimiyyətinə hərbi yardımın ümumi həcmi təxminən 10,6 milyard dollar təşkil edib.

Dövlət katibi vurğulayıb ki, Amerika ilə yanaşı, Vaşinqtonun “müttəfiqləri və tərəfdaşları” arasından 50-yə yaxın ölkə də Ukraynaya təhlükəsizlik yardımı edir. Departament rəhbəri bildirib ki, Amerika hakimiyyəti Kiyevi əlavə sistemlər və silahlarla təmin etməkdə davam edəcək ki, bu da döyüş meydanındakı vəziyyətə maksimum təsir göstərməli və danışıqlar masası arxasında Ukraynanın mövqeyini gücləndirməlidir.

Qeyd edək ki, hərbi yardımın növbəti tranşının bir hissəsi olaraq, ABŞ "Heavenly Eagle" kəşfiyyat pilotsuz təyyarələri, "Javelin" tank əleyhinə raket sistemləri, HIMARS reaktiv yaylım atəşi sistemləri üçün döyüş sursatları və digər silahlarır.

Təbii ki, bu Rusiyanın elə də ürəyincə olmaması başadüşüləndir. Amma rus saytlarının ABŞ-ın Ukraynaya ayırdığı vəsaitə görə, məzlum Amerika əhalisinin kasıb düşməsinə “ağrınması” heç başa düşülən deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə