Çinin şimal-qərbində baş verən daşqınlar nəticəsində ölənlərin sayı artıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hazırda ölü sayı 23 nəfər təşkil edir. Daha 8 nəfərin itkin düşdüyü bildirilir.
Son 24 saat ərzində 23 nəfər xilas edilib. Təbii fəlakət zonasında 6,2 mindən çox insan olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB