İngiltərənin xarici işlər naziri Liz Trass İndoneziyada keşiriləcək G20 qrupunun sammitində iştirak etmək istəmir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Reuters” istinadən TASS yayıb.
Maraqlıdır ki, tədbirdə iştirak etmək üçün “Rusiyanın əxlaqi hüququnun” olmadığını deyən Liz Trass, məhz elə buna görə də, yəni Rusiyanın bu tədbirə qatılıdğına görə bu istəkdən daşındığını bildirir.
Qeyd edilməlidir ki, bir müddət bundan əvvəl ingilis nazir Rusiya prezidenti Vladimir Putinin G20-nin iclasına qatılacağı təqdirdə onu “danışıqlara çağıracağını” bildirmişdi.
Xatırladaq, bir müddət bundan əvvəl Böyük Britaniyanda baş nazir postuna namizəd Rişi Sunak, Putinin G20 sammitinə buraxılmamasının tərəfdarı kimi çıxış etmişdi.
İngiltərə Maliyyə Nazirliyinin keçmiş başçısının sözlərinə görə, G20 -nin üzvləri “kollektiv məsuliyyət göstərməli” və Ukraynadakı müharibə dayandırılmayana qədər , Putini “belə tədbirlərə yaxın buraxmamalıdırlar”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB