İt uşağın qulağının bir hissəsini qoparıb...

Lipetskdə, pitbul üç yaşlı uğağın ayaq və qollarını dişləməkdən əlavə onun qulağının da bi hissəsini qoparıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əgər uşağın anası kömək çağırmasaymış, vəziyyət daha pis ola bilərmiş.

Uşağın atasının sözlərinə görə, hadisə baş verərkən, onun indi artıq birgə yaşamadığı həyat yoldaşı bərk kefli olub. O, gəzdirməyə çıxardığı uşağa nəzarəti itirib.

Ata, ortaq qızlarının artıq onunla yaşadığını və indi keçmiş həyat yoldaşnı valideynlik hüququndan məhrum etmək istəyir.

Qeyd edək ki, bölgədəki Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bu ilin mart ayından bəri bu ailənin profilaktik uçotda olduğu bildirilib.

Onu da qeyd edək ki, üç övladı olan 30 yaşlı “ana” içkiyə meyillidir.

Buna baxmayaraq, baş verənlərin bütün hallarını aydınlaşdırmaq üçün ana polis şöbəsinə aparılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə