Bu səhər Sevastopol şəhər başçısı Mixail Razvojaev “Teleqram” kanalında axşam saatlarında Ukraynaya məxsus dron vurduqlarını bildirib. Təbii ki, başçının ciddi görkəm alaraq bunu söyləməsi inanmamağa heç əsas yeri qoymur.

Başçının dediyinə görə, dronun vurulmasında az da olsa onun da xidməti olub. İlk olaraq, həmən, yəni dronun vurulduğu vaxt iş saatı qurtarsa da, amma şəhər başçısı Mixail Razvojaev iş kabinetində olub. Bundan əlavə, vurulmamışdan əvvəl dronunun çıxardığı səsi ən səlis şəkildə o yamsılaya bilib.

Deyim ki, şəhər başçısı bununla da kifayətlənməyib və şəhər sakinlərini sakitləşdirmək üçün “onunla birgə dronu vuranları” kabinetinə çağıtdıraraq onları xeyli tərifləyib.

…Bir daha xatırladaq ki, Sevastopoldakı Belbek hava limanı bölgəsində pilotsuz uçuş aparatı hava müdafiə avadanlıqları tərəfindən vurulub.

Bu gün Krım Respublikasının başçısının müşaviri Oleq Kryuçkov, Rusiya Hava Müdafiə Sisteminin dayanmadığını, hazırda Yevpatoriyada işlədiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...