Kosmos həvəskarı uşaqlar İzmir şəhərində bir araya gəldilər

Kosmos düşərgəsi Türkiye yay düşərgəsi proqramlarında 25 ölkədən 700-dən çox ziyarətçiyə kosmos macərası təqdim edib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kosmik Elmlər Sərgi Komissiyası tərəfindən lisenziyalı iki kosmos düşərgəsindən biri olan İzmir şəhərinin Qaziemir rayonundakı düşərgə ölkələrdə epidemiya tədbirlərinin normallaşması ilə ABŞ-dan Avropa ölkələrinə, Orta Şərqdən Asiyaya qədər müxtəlif coğrafiyalardan kosmos həvəskarı uşaqları, gəncləri və böyükləri qəbul edir.

22-ci ilini geridə qoyan düşərgəni indiyədək təxminən 60 ölkədən 260 min insan ziyarət edib.

Kosmos haqqında nəzəri məlumatların verildiyi düşərgənin iştirakçıları cazibə qüvvəsinin Yerdən daha az olduğu Ayda simulyatorla gəzinti təcrübəsi keçirirlər.

Düşərgənin iştirakçıları 1 saatlıq virtual kosmik uçuş missiyasında iştirak edirlər. Üç simulyatorda, yəni kosmik gəmi, yerüstü idarəetmə mərkəzi və beynəlxalq kosmik bazada eyni vaxtda həyata keçirilən missiyada astronavtlar, yer və kosmik baza rəsmiləri uçuş ssenarisinin uğurla başa çatması üçün birlikdə həll yollarını axtarırlar.

Düşərgədə 5 yaşdan yuxarı yaş qrupları üçün müxtəlif məzmunlu proqramlar təqdim olunur. Gündəlik proqramlarla yanaşı, 2, 5 və 6 günlük proqramlar da mövcuddur.

Yay kursu proqramı bu həftə başa çatacaq düşərgədə müxtəlif coğrafiyalardan olan uşaqlar dostluq edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə