“Laçın sakinləri” evlərini tərk etməyə hazırlaşırlar

Ermənilər yazır...

...Laçin “kilsəsi”ndəki son ayində 150-dən çox erməni iştirak edib. Onlar ayindən sonra bildiriblər ki, köçəcəkləri şəhərlərdə rastlaşacaqları işsizlikdən qorxurlar və ümid edirlər ki, hakimiyyətin dəstəyi onların mənzil problemlərini həll etməyə imkan verəcək.

Ermənilər daha təsirli olsun deyə bu dəfə yazdıqlarına onlara elə də yad olmayan yazıqlıqlarını da qatırlar..

...Laçın və Zabux kəndlərinin “sakinləri” avqustun 20-dək evlərini tərk etməlidirlər. Çünki həmən gün bu ərazilərdə rabitə kəsiləcək. “Yerli sakinlər” təcili olaraq əşyalarını yığılmalarından gileylənirlər. Bundan əlavə, erməni səlahiyyətlilərinin köçmək üçün onlara verdiyi dram da azlıq edir. Hələlik bu günə (avqustun 18-nə) olan məlumata görə, Zabuxda hələ də 70 nəfər qalıb. Amma erməni səlahiyyətliləri Zabuxda qalanların təhlükəsizliyinə zəmanət vermədiyini eşidənlər tez yır-yığışa başlayıblar.

Beləliklə, artıq Zabuxda qalası ailə yoxdur. Belə ki, avqustun 20-nə kimi hamısı gedəcək, çünki həmin gün səhərdə bütün əlaqələr kəsiləcək.

Bunu isə “mer” Narek Aleksanyan deyir.

Onun sözlərinə görə, elektrik enerjisi, rabitə və digər infrastruktur hələ ki, işləyir.

Qeyd edək ki, Aleksanyan Zabuxdan köçənləri Xankəndinə yerləşdirmək üçün veriləcək bütün yüksək imtiyazlara baxmayaraq, onların bundan imtina etdiklərini də etiraf edir. Onun dediyinə görə, buna yalnız iki ailəni razı sala bilmişdik ki, sonrada onlar da fikirlərini dəyişdilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə