ABŞ-da Trampın sübutları məhv edilməsindən qorxurdular

ABŞ səlahiyyətliləri keçmiş prezident Donald Trampın malikanəsində aparılan axtarışla bağlı məlumat açıqlanarsa, onun sənəd və sübutları məhv edə biləcəyindən ehtiyat edirdilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

bu barədə “Reuters” sənədlərə istinadən yazır.

Qeyd edək ki, sənədlərdə axtarışın “milli təhlükəsizlik məlumatlarını, hökumət sənədlərini gizlətmək və ya köçürmək, eləcə də federal araşdırmaya mane olmaq” şübhələrinə cavab olaraq aparılmalı olduğu deyilir.

Belə ki, prokurorluq gözlənilən axtarışla bağlı məlumatın ictimaiyyətə açıqlanmamasını təkid edib. Çünki əks halda “davam edən istintaqın bütövlüyü pozula və sübutlar məhv edilə bilər”.

Yeri gəlmişkən avqustun 9-da Donald Tramp Mar-a-Laqodakı mülklərinə basqınlar barədə danışıb.

Onun dediyinə görə, basqında yüzə yaxın FTB agenti iştirak edib. Tramp FTB-nin hərəkətləri onun 2024-cü il prezident seçkilərində potensial iştirakı ilə bağlayır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...