Xersonda vurulan qırıcısı 50 milyon dollarlıqmış?

Ukrayna ordusu Rusiya Hərbi Hava Qüvvələrinə məxsus "Su-30SM" döyüş təyyarəsini vurub.
SİA bu barədə “UNİAN”a istinad edir.
Ruslara məxsus qırıcının uçuş nömrəsi RF81771 olub. Döyüş təyyarəsi Xarkov vilayətində məhv edilib.
Bildirilir ki, təyyarənin dəyəri 50 milyon dollardır. Qırıcı 2018-ci ildə İrkutsk Aviasiya Zavodunda istehsal edilib. Təyyarənin qalıqları olan ərazidə pilotun paraşütü açıq vəziyyətdə tapılıb. Rus hərbçinin taleyi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə