Vaşinqton Moskva ilə yeni START üzərində işləməyə hazırdır

“...ABŞ Rusiya ilə START-ı əvəz edəcək müqavilə üzərində işləməyə hazırdır, o, hazırda dəyərini itirmir”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “RİA Novosti” Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Praysa istinadən məlumat yayıb.

Qeyd edək ki, Ned Prays burada Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatları arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında Sazişi nəzərdə tutub.

“...Əgər Rusiya məsuliyyətli nüvə dövləti kimi işləməyə hazırdırsa, biz yaxın illərdə vaxtı bitən START-ı əvəz edəcək yeni çərçivə üzərində danışıqlara hazırıq”.

Qeyd edək ki, bunu da departament rəsmisi bildirib.

Onun sözlərinə görə, Vaşinqton START-ın mühüm parametrlərinə riayət etməyi zəruri hesab edir.

“Biz START-ın dəyərini görürük, indi onun dəyəri mövcud olduğu əvvəlki dövrdə olduğundan daha da artıb”-deyən Prays ABŞ-ın müqavilənin əsas müddəalarını qorumaq üçün əlindən gələni edəcəyini də diqqətə çatdırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə