Ərdoğan əsirlərin dəyişdirilməsində də vasitəçi olmaq istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə Moskva və Kiyev arasında əsir mübadiləsi məsələsini müzakirə etmək istədiyini bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, Ukrayna prezidenti Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə görüşdən sonra jurnalistlərə bildirib.

“...Hadisələri izləyən hər kəs əsirlərin dəyişdirilməsi ilə bağlı nə baş verdiyi ilə maraqlanır. Təbii ki, görüşdə biz hərbi əsirlərin mübadiləsi mövzusunu və bununla bağlı bizim təşəbbüslərimizi müzakirə etdik. Və bu kontekstdə cənab Putin və Rusiya tərəfi hazırkı görüşün bütün nəticələrini qiymətləndirməyə davam edəcək”.

Qeyd edək ki, bu sözləri TASS Ərdoğandan sitat gətirib.

Onu da bildirək ki, Türkiyə prezidenti bu problemin həlli üçün vasitəçilik səylərini göstərməyə hazır olduğunu bildirib.

Yeri gəlmişkən, bu arada Ukrayna prezidenti Vladimir Zelenski Lvovda Ərdoğan və Quterreşlə görüşündən sonra Moskva ilə danışıqların yalnız Rusiya qüvvələrinin Rusiyanın nəzarətində olan ərazilərdən çıxarılmasından sonra mümkün olacağını bildirib.

Putinlə danışıqların nəticəsini müzakirə etməyi planlaşdıran Ərdoğan, Ukraynadakı döyüşlərin sonda danışıqlar masası arxasında bitəcəyinə də əminlik ifadə edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə