Türkiyə və Ukrayna liderlərinin görüşü başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş başlayıb.

Türkiyə mətbuatı xəbər verir ki, görüş Lvovdakı Potoçki sarayında keçirilir.

İkitərəfli görüşdən sonra BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başlayacaq.

Daha sonra liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

Görüşlərdə Ukraynadakı durum, o cümlədən taxıl ixracı prosesinin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, bu, Ərdoğanın müharibə başlayandan Ukraynaya ilk səfəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə