Ankara Moskva ilə hərbi əməkdaşlıqdan imtina etsin?

ABŞ Senatı Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almağa davam etmək planları ilə bağlı xəbərlərdən “narahatdır”.

SİA-nın əldə etdiyi məlumata görə, xəbəri “RİA Novosti” yayıb.

Məsələn, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini almağa davam etmək planları ABŞ-ın sanksiyalar rejimini pozduğunu bildirib.

Menendez bildirb ki, Rusiya hərbi texnikasının rədd edilməsi Ankaranın “NATO daxilində öhdəliklərinə” sadiqliyini göstərə bilər.

Qeyd edək ki, hələ aprel ayında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Ankaranın S-400-ləri almasından sonra Türkiyə ilə vəziyyəti nizamlamaq istədiyini demişdi.

Daha sonra, fevral ayında isə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünü Türkiyənin daxili işi olduğunu bildirmişdi.

Yeri gəlmişkən, Robert Menendes Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat fonunda Ankaranın Moskva ilə hərbi əməkdaşlıqdan tamamilə imtina edərək “NATO öhdəliklərinə sadiqliyini nümayiş etdirməyə” çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə