Ruslar daha Estoniyaya buraxılmırlar...

Cümə axşamı, avqustun 18-dən Estoniya hakimiyyəti Estoniyanın konsulluq idarələri tərəfindən verilmiş Şengen vizası olan Rusiya vətəndaşlarının ölkəyə girişinə icazə vermir.

SİA TASS-a istinadən xəbər verir ki, bununla bağlı digər ölkələr tərəfindən verilmiş etibarlı Şengen vizası olan rusların Estoniyaya girişi ilə bağlı suallar yaranıb.

Daxili işlər naziri Lauri Länemetsin sözlərinə görə, digər Avropa ölkələrində viza almış 131 min nəfər bu yolla Estoniyaya daxil ola bilər ki, əslində bu da qadağanın effektivliyini şübhə altına alır.

Çərşənbə günü xarici işlər naziri Urmas Reinsalu Avropa İttifaqının əsas müqaviləsinə istinad edərək Estoniyanın üçüncü ölkə vizası olan Rusiya vətəndaşlarının ölkəyə girişini əngəlləmək hüququna malik olduğunu bildirib. Xarici İşlər Nazirliyinin rəhbəri pandemiyanın kəskinləşdiyi, bəzi Avropa İttifaqı ölkələrinə giriş hətta ittifaqın digər ölkələrinin vətəndaşlarının da qadağan oluna biləcəyi bir dövrdə sərhədlərin bağlanması tədbirlərini xatırladıb.

Xatırladaq ki, rusların qəbulunun dayandırılması barədə qərar avqustun 11-də Baltik Respublikası hökuməti tərəfindən qəbul edilib. Bununla əlaqədar, Baş nazir Kaya Kallas “Ukraynadakı hadisələri nəzərə alaraq ruslar anlamalıdırlar ki, Avropa İttifaqına qəbul cəmiyyətdə qonaq və ya biznes tərəfdaşı kimi qəbul olunmağa hazır olanlar üçün “hüquq deyil, imtiyazdır”-deyə bildirib

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə