...Deyirəm, bu qədər “çalış-vuruş”…və bu da sonda sənə verilən dəyər.

O vaxt, elə mənim də böyük xidmətim sahəsində

“məğlubedilməz kimi təqdim” edilən erməni ordusu 44 günlük müharibə günlərində silahını atıb qaçanda yanlarında olmuşam. Hə, nə olsun ki, qaçırdılar, amma mən onları “qəhrəman” kimi təbliğ edirdim. Çünki ortada maddi maraq məsələsi vardı.

Yəni, Aram Qabrelyanov kimi “pul dağarcığı”nın verdiyi pullardan imtina edə bilməzdim deyə, fərari ermənilərlə bağlı yalanları həqiqət kimi Rusiya kanallarına ötürürdüm. Deyim ki, elə də pis alınmırdı. Maddi cəhətdən varlanmağımla yanaşı, İrəvanda xeyli “pərəstişkarlarım” peyda olmuşdu.

...Hə yenə də nə olsun ki..? Əslində deyim, mən elə o vaxt da erməni nankorluğu barədə məlumatlı idim. Sonradan bunun baris nümunəsini o vaxtkı “şefim” Aram Qabrelyanovun əməllərində də açıq şəkildə müşahidə eləməyə başladım. Təbii ki, Rusiya əyalətlərindəki “sarı mətbuatdan” "İzvestiya"nın İdarə Heyətinin sədri vəzifəsinə gəlib çatmaq üçün hansı fırıldaqlardan, hansı yaltaqlıqlardan keçdiyi barədə mən də az-çox məlumatlıyam. Amma onun Rusiya xüsusi xidmət orqanları üçün işləyib, danosbazlıq etdiyini indi ermənilərdən eşidirəm. Təbii ki, “şefim” də olsa, hər halda erməni həmcinsləri onu məndən yaxşı tanımış olarlar.

Əslində bunda da bir işim yox.

Amma ermənilərin bu gün məni, Aram Qabrelyanovun tulası kimi çağırmaları ...deyim ki, Semyon Peqov kimi məni alçaltmaqdan başqa bir şey deyil. Axı bu mənim haqqımda haqsızlıqdır.

...Özünü ermənilərin yolunda “fəda et”...bu da onların sənə verdikləri dəyər: Qabrelyanovun tulası.

Əslində onlar mənim barəmdə “haqsızlıq” edirlər, cünki mən,..”mədəni” bir adamam və mənim nə tulalıq, nə də hansasa bir tazılıqla heç bir əlaqəm yoxdur.

Mənim aləmimdə... mədəni adam yaltaqlıq etməz. O vaxtlar məndə, bu gün sizin yaltaqlıq adlandırdığınız həmən əlamətlər isə, deyim ki, gündəlik həyat tərzi olan ermənilərdən keçmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə